Tovuzda həyat yoldaşını döyən kişi tutuldu

15.07.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Tovuz rayonu sakini T. Rüstəmovanın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən zorakılığa məruz qalması və sığınacağa yerləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımlar əsasında polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Moderator.az-a verilən məlumata görə, araşdırmalar çərçivəsində qadının həyat yoldaşı A. Bədirov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью