Tovuzda iki qadın yaralandı

23.07.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Tovuzda yol qəzası baş verib. 

“Qafqazinfo”  xəbər verir ki, Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb. 1998-ci il təvəllüdlü Sərxan Mansurov idarəetməni itirib, nəticədə avtomobildə olan iki nəfər qadın xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью