Tovuzda ikimərtəbəli ev yandı

01.07.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tovuzda ikimərtəbəli ev yanıb.

"Unikal"ın  məumatına görə, hadisə Tovuz şəhəri, Əhməd Cavad küçəsində qeydə alınıb. Belə ki rayon sakininə məxsus ikimərtəbəli evdə anidən yanğın olub. Dərhal əraziyə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb,yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Tural Əhmədov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью