Tovuzda itkin düşüb Gəncədə tapılan məktəbli sığınacağa YERLƏŞDİRİLDİ

07.04.2025

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verildiyi kimi bir neçə gün əvvəl Tovuzda 13 yaşlı qız itkin düşmüşdü. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində yeniyetmənin yeri  Gəncə şəhərində müəyyən edilərək ailəsinə təhvil verilmişdi.  
Yeniyetmə aidiyyəti qurumların müvafiq qərarı ilə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına gətirilib. 
Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.
O, deyib ki, 13 yaşlı qıza psixoloji dəstək göstərilməsi və reablitasiya keçməsi üçün hazırda işlər aparılır. 
Xatırladaq ki, Tovuz rayonun Bozalqanlı kənd sakini, 2012-ci il təvəllüdlü Aysun Süleymanova aprelin 2-də axşam saat 18:00 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxıb və evə geri qayıtmayıb. Bir gün sonra yeniyetmə Gəncədə tapılıb. 
 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью