Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza rayonun Alakol kəndi istiqamətində qeyd alınıb.
Belə ki, Şəmkir rayon sakini Qurbanov Anar Saleh oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil kanala aşıb.
Hadisə zamanı 4 nəfər xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev