Tovuzda minik maşını aşıb

27.03.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Elnur Alızadənin idarə etdiyi "VAZ 2106" minik maşını ilə hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmasa da avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью