Tovuzda minik maşını sərnişin avtobusu ilə toqquşdu: 1 yaralı

15.07.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Tovuzda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, "Toyota Prado" markalı avtomobil "Daewoo" markalı sərnişin avtobusu ilə toqquşub.

Qəza zamanı minik maşınında olan Ağstafa rayon sakini 2003-cü il təvəllüdlü Qiyas Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıya tibbi yardım göstərilib, vəziyyəti kafidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью