Tovuzda narkoti vasitənin təsiri altında olan sürücü saxlanılıb

23.04.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Tovuzda narkoti vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Toyota” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

Sürücü Ə. Axundov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub. Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью