Tovuzda partlayış Azyaşlı və digər iki nəfər yaralandı

17.03.2026

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tovuzda partlayış olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. Belə ki, kənd sakini 1967-ci il təvəllüdlü Z.Cəfərova məxsus evdə anidən partlayış olub. Nəticədə 3 nəfər ağır xəsarət alıb.

Yaralılar Bakı şəhərinə aparılıb. Xəsarət alanlar 1999-cu il təvəllüdlü C.Cəfərov, 2005-ci il təvəllüdlü T.Cəfərova və 2024-cü il təvəllüdlü F.Cəfərovdur.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью