Icma.az, Xalq qazeti saytına istinadən bildirir. Tovuz şəhərinin "Təzə bazar" adlanan ərazisində partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub.
Nəticədə iki nəfər xəsarət alıb. Əraziyə FHN-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.