Tovuzda partlayış olub, xəsarət alanlar var

07.12.2024

Icma.az bildirir, Anews portalına istinadən.

Tovuzda partlayış olub.

APA-nın məlumatına görə, hadisə Tovuz şəhərinin Təzə Bazar adlanan ərazisində qeydə alınıb. Sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub. Nəticədə iki nəfər xəsarət alıb.

Əraziyə FHN-nin və huquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью