Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Tovuz şəhərinin Təzə Bazar adlanan ərazisində çilingər sexində baş verən partlayış zamanı xəsarət alanların adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alanlar Tovuz sakini 1992-ci il təvəllüdlü Rasim Rüstəmov Sahib oglu və Tovuz Bozalqanlı kənd sakini 1966-cı il təvəllüdlü Ələddin Quliyev İsrafil ogludur.
*** 16.03 Tovuzda partlayış olub. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz şəhərinin Təzə Bazar adlanan ərazisində qeydə alınıb
Sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub. Nəticədə, iki nəfər xəsarət alıb.
Əraziyə FHN-nin və huquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.