Tovuzda peşə məktəbində zəhərlənənlərin vəziyyəti açıqlanıb

25.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.


Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 24-də saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

"8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 5 nəfər ambulator müalicə almaq üçün evə buraxılıb. 3 nəfərin isə müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью