Tovuzda piyadanı avtomobil vurub, vəziyyəti ağırdır

21.08.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tovuzda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyadanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. Piyadanın kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью