Tovuzda qadını maşın vuraraq öldürüb

04.02.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tovuzda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə? hadisə rayonun mərkəzi küçələrinin birində baş verib.

Belə ki hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1993-ci il təvəllüdlü M.Süleymanovanı vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin rayon şöbəsinə təhvil verilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью