Tovuzda qadınlar balta davasına çıxdı Ölən var (YENİLƏNİB)

06.06.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Tovuzda baş verən mübahisə qanla bitib.

"Unikal"ın məlumatına görə, iki qadının arasında balta davası olub. Bundan sonra iki nəfər qadın xəstəxanaya aparılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

***15:19

Tovuzda yanğın hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayon ərazində qeydə alınıb. Belə ki, rayonda yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın olub. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər gedir.

Məlumata görə, evi ailə üzvülərinindən biri mübahisə zamanı yandırıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью