Tovuzda qəza: Chevrolet işıq dirəyinə çırpıldı

21.06.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Firuz Ələkbərov və Elməddin Nəsibov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, qəza zamanı "Chevrolet" və "Opel" markalı avtomobillər toqquşub.

Zərbənin təsirindən idarəetmədən çıxan "Chevrolet" yol kənarındakı işıq dirəyinə çırpılaraq onu sıradan çıxarıb.

Qəza zamanı xəsarət alan olmayıb, lakin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью