Tovuzda qəza: İki “VAZ” toqquşdu VİDEO

07.01.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza yanvarın 6-da səhər saatlarında İbrahimhacılı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan 60-BM-547 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşın, eyni markalı avtomobillə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью