Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu həftə yağan güclü yağış üzündən Şəmkir stadionunun yararsız hala düşdüyünü xəbər vermişdik.
Komandanın nə vaxt doğma stadionuna dönəcəyini baş məşqçisi Vüqar Nadirovdan soruşduq:
“Turan Tovuz” rəhbərliyi bizə dəstək göstərdi, ev oyunun orda keçirdik. Tovuz klubunun rəhbərliyinə və azarkeşlərinə minnətdarlığımı bildirirəm. “Turan Tovuza”a uğurlar arzulayıram. İnşallah, ölkə xaricində Azərbaycanı təmsil edərlər. Meydança da yavaş-yavaş özünə gəlir. Biz Tovuzda qonaq deyildik”.
MÜZƏFFƏR QULUZADƏ