Tovuzda ruhi əsəb xəstəsi anasını öldürdü, bacısını yaraladı Daha sonra evlərini yandırdı

06.06.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

Tovuzda yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, Tovuzda ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı Aliyə Namazovaya və anası, 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb.

Polis əməkdaşları tərəfindən K.Namazov saxlanılıb.

Xəstəxanaya yerləşdirilən S.Həsənova xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью