Tovuzda sexdə partlayış olub

07.12.2024

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tovuz rayonunda "Təzə Bazar" adlanan ərazisində sexdə partlayış olub. SİA-nın məlumatına görə, çilingər sexində baş verən bədbəxt hadisə zamanı 1992-ci il təvəllüdlü R.Rüstəmov və 1965-ci il təvəllüdlü Ə.Quliyev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

İlkin məlumata görə, hadisə yanacaq çənini kəsərkən qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью