Tovuzda sexdə partlayış olub, xəsarət alanlar var

07.12.2024

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

Tovuz rayonunda "Təzə Bazar" adlanan ərazisində sexdə partlayış olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, çilingər sexində baş verən bədbəxt hadisə zamanı 1992-ci il təvəllüdlü R.Rüstəmov və 1965-ci il təvəllüdlü Ə.Quliyev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

İlkin məlumata görə, hadisə yanacaq çənini kəsərkən qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью