Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tovuz rayonunda "Təzə Bazar" adlanan ərazisində sexdə partlayış olub.
Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, çilingər sexində baş verən bədbəxt hadisə zamanı 1992-ci il təvəllüdlü R.Rüstəmov və 1965-ci il təvəllüdlü Ə.Quliyev xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.
İlkin məlumata görə, hadisə yanacaq çənini kəsərkən qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.