Tovuzda sexdə partlayış Xəsarət alanlar var

07.12.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tovuz rayonunda "Təzə Bazar" adlanan ərazisində sexdə partlayış olub.

Publika.az Report-a istinadla xəbər verir ki, çilingər sexində baş verən bədbəxt hadisə zamanı 1992-ci il təvəllüdlü R.Rüstəmov və 1965-ci il təvəllüdlü Ə.Quliyev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

İlkin məlumata görə, hadisə yanacaq çənini kəsərkən qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью