Tovuzda su kanalından kişi meyiti tapıldı

15.06.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Tovuz rayonunda su kanalında meyit tapılıb.

Gununsesi.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Düz Cırdaxan ərazisindən keçən su kanalından 1987-ci il təvəllüdlü Sərxan Dəmirovun meyiti aşkar edilib.

Adıçəkilən şəxsin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tovuz rayon Bölməsinə aparılıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью