Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tovuzda sel sularının toplandığı ərazidə torpaq sürüşməsi olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, sürüşmə Tovuz rayonunun Vahidli kəndində qeydə alınıb.
Məlumata görə, kənd iki hissədən ibarətdir. Hazırda sürüşmənin davam etdiyi yol isə kənd qəbiristanlığına və digər yaşayış ərazilərinə aparır.
Hazırda bir neçə yerdə də çatlar əmələ gəlib.
Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemin aradan qaldırıması istiqamətində addımlar atılacaq.