Tovuzda tribunalar dolmadı niyə?

16.08.2026

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Məlum olduğu kimi, premyer-liqada 2026/27 mövsümünə start verildi.

Açılış qarşılaşmasında “Turan Tovuz” “Qəbələ”ni qəbul etdi. Tovuz şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı. Diqqəti çəkən məqamlardan biri də uzun fasilədən sonra oyun keçirilən stadionda tribunalarının tam dolmaması oldu – 6500 yerlik stadiona 4800 azarkeş gəldi. Halbuki mövsümün ilk oyunu idi, başlama saatı rayon camaatı üçün münasib idi.
“Football-plus.az” azarkeş sayının gözləniləndən az olmasının səbəbini öyrənmək üçün “Turan Tovuz”un “Ultras-Turan” fanklubunun rəhbəri Kamal Saqqayevlə əlaqə saxlayıb:

“Yəqin ki, bu oyunun keçirildiyi günlə bağlıdı. Matç həftəsonuna təsadüf etsəydi, daha çox azarkeş komandasını dəstəkləməyə gələrdi. Məncə, əlavə səbəb yoxdu. Gələcək oyunlarda fərqli olacaq. Stadionda daha çox azarkeş gələcək”.


İSRAYIL XEYRULLAYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью