Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Turan” voleybol klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Mladost-Zaqreb” komandası ilə keçirəcəyi oyunu izləmək üçün yüzlərlə azarkeş Tovuz Olimpiya İdman Kompleksinin qarşısına toplaşır.
Apasport.az xəbər verir ki, azarkeşlər əvvəlcə qarşılaşmadan əvvəl təşkil olunan konsert proqramını izləyəcək, daha sonra isə arenanın qarşısında quraşdırılan böyük monitorlar vasitəsilə matça baxacaqlar.
Qeyd edək ki, Tovuzda ilk dəfədir bu səviyyəli beynəlxalq voleybol qarşılaşması ətrafında belə genişmiqyaslı tədbir təşkil olunur.
Azərbaycan klubundan yeni transfer Voleybol millimiz Türkiyə toplanışını başa vurub Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək Nilufər Ağazadə: “Əsas məqsədimiz...” Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir”