Tovuzda uğursuz seriya qırılacaq?

10.05.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Turan Tovuz" Misli Premyer Liqasında "Neftçi"yə qarşı keçirdiyi son yeddi oyunda qələbə qazana bilməyib. Sport24.az-ın məlumatına görə, Tovuz təmsilçisi son olaraq 2023-cü il mayın 7-də rəqibini məyus edib. 

Meydan sahibləri həmin vaxt ağ-qaların qapısından dörd cavabsız top keçirib. 

Ondan sonrakı 7 görüşün 3-də bakılılar qalibiyyət əldə edibsə, 4 qarşılaşmada heç-heçə qeydə alınıb. 

Qeyd edək ki, komandalar bu gün Misli Premyer Liqasının 34-cü turunda üz-üzə gələcəklər. Tovuz şəhər stadionundakı qarşılaşma saat 19:30-da start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью