Tovuzda voleybol futbolu üstələdi

30.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının VIII turu çərçivəsində keçirilməsi nəzərdə tutulan “Turan Tovuz” – “İmişli” qarşılaşmasının məkanı dəyişdirilib.

Futbolpress.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi məlumat yayıb.

Qərar oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində qadın voleybolçular arasında Çempionlar Liqası çərçivəsində baş tutacaq “Turan” – “Mladost” (Xorvatiya) görüşünün təşkili ilə əlaqədar qəbul olunub.

“Turan Tovuz” klubu oktyabrın 18-də keçirilməli olan VIII turun “Turan Tovuz” – “İmişli” matçı ilə XVIII turdakı “İmişli” – “Turan Tovuz” qarşılaşmasının ev sahibliyi ardıcıllığının dəyişdirilməsi üçün PFL-ə müraciət edib. PFL Tovuz təmsilçisinin müraciətini və “İmişli” klubunun razılıq məktubunu nəzərə alaraq, voleybol üzrə beynəlxalq yarışın daha yüksək səviyyədə təşkili məqsədilə I və II dövrə oyunlarının keçirilmə yerini dəyişib.

Qərara əsasən, Misli Premyer Liqasının VIII turundakı “Turan Tovuz” – “İmişli” oyunu oktyabrın 18-də saat 15:00-da Yevlax şəhər stadionunda təşkil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью