Tovuzda xallar paylaşıldı YENİLƏNİB | Icma.az
Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Misli Premyer Liqasında 21-ci tur davam edir.
İdmanxeber.az xəbər verir ki, bu gün daha iki matç keçiriləcək. Günün ilk oyununda “Turan Tovuz” öz meydanında “Səbail”i qəbul edib.
Görüş 1:1 hesabı ilə başa çatıb. Ötən tur “Qarabağ”ı məğlub edən Tovuz klubu hazırda turnir cədvəlində 36 xalla 3-cüdür.
“Səbail” isə 16 xalla sonuncu – 10-cu sırada qərarlaşıb. Misli Premyer Liqası 21-ci tur 1 fevral 16:00.
“Turan Tovuz” – “Səbail” 1:1 Qol: Alexandro Serrano, 29 (1:0), Madi Queta 82, (1:1) Qırmızı: Kaunas Martins 43, (Turan Tovuz) Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov VAR: Rauf Allahverdiyev AVAR: Kamran Bayramov Tovuz şəhər stadionu.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu