Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qərb bölgəsində ötən gecədən başlayaraq səhər saatlarına qədər fasilələrlə güclü yağıntı qeydə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, leysan və şimşəklə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Tovuz rayonunun mərkəzində piyada keçidləri və küçələrə su dolub. Bununla belə, ciddi fəsadlar qeydə alınmayıb.
Hazırda keçidlərin təmizlənməsi istiqamətində tədbirlər görülür.
Bölgədə qeyri-sabit hava şəraiti davam edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin