Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Tovuz, 26 avqust, AZƏRTAC
Tovuzda yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə hadisə rayonun Köhnəqala kəndi ərazisində qeydə alınıb. Belə ki, VAZ 2107 markalı avtomobil traktorun qoşqusuna çırpılıb. Hadisə nəticəsində sürücü Mingəçevir şəhər sakini 34 yaşlı Elzamin Heydərov xəsarət alıb. O xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Ruslan Novruzoğlu