Tovuzda yol qəzası baş verib

21.06.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Firuz Ələkbərov və Elməddin Nəsibov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, qəza zamanı "Chevrolet" və "Opel" markalı avtomobillər toqquşub.

Zərbənin təsirindən idarəetmədən çıxan "Chevrolet" yol kənarındakı işıq dirəyinə çırpılaraq onu sıradan çıxarıb.

Qəza zamanı xəsarət alan olmayıb, lakin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью