Tovuzda yol QƏZASI: üç nəfər yaralandı

27.11.2024

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tovuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. 

Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə Qovlar şəhər ərazisində baş verib. 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Ş.Əsgərova, 2003-cü il təvəllüdlü F.Bayramova və 1997-ci il təvəllüdlü A.Nofəlzadə xəsarət alıb. 

Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью