Tovuzda zəhərlənən tələbələrdən XƏBƏR VAR

25.12.2024

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tovuzda tortdan zəhərlənən tələbələr xəstəxanadan evə buraxılıblar.

Bakıvaxtı.az-ın "Report"a istinadla məlumatına görə, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin Kompüterlərin təmiri və xidməti üzrə texnik və Dərzi ixtisası qruplarının 8 tələbəsi zəhərlənmə diaqnozu ilə müalicə aldıqları xəstəxanadan evə buraxılıblar.

Xatırladaq ki, bir qrup tələbə yaxınlıqda yerləşən marketdən tort alaraq, yeyiblər. Bir müddət sonra onların səhhətində problem yaranıb. Gənclər zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью