Tovuzda zəhərlənmə hadisəsi baş verib

16.11.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Tovuz, 16 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, rayon sakinləri 1986-cı il təvəllüdlü R.Əmədli, 1989-cu il təvəllüdlü V.Əhmədli, ailənin övladları 2010-cu il təvəllüdlü D.Əhmədli və 2013-cü il təvəllüdlü B.Əhmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Ehtimala görə, onlar evdə pendir yedikdən sonra zəhərləniblər. Hadisə yerinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью