Tovuzda zəhərlənmə ilə bağlı araşdırmalara başlandı YENİLƏNİB

24.12.2024

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

Tovuz Peşə Təhsili Mərkəzində tələbələrin zəhərlənmə şübhəsi ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə məlumat daxil olub.


Agentlikdən Manset.az-a verilən məlumata görə, hazırda bu barədə araşdırma aparılır.

Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***

17:28

Tovuzda zəhərlənmə hadisəsi baş verib.

Manset.az bu barədə APA-ya istinadən xəbər verir.

Rayonda yerləşən Tovuz Peşə Təhsili Mərkəzində qeydə alınıb. Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlar tortdan zəhərlənib.

Qeyd edək ki, oktyabr ayında da Tovuzun Qovlar şəhərində yaşayan 18 nəfər dönərdən zəhərlənib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью