Tovuzdakı ağır qəzada xəsarət alanların sayı beş nəfərə çatdı ADLAR

24.11.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimliyi məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzanı törədən 1962-ci il təvəllüdlü Şakir Şahmalı oğlu Hüseynovun sürücülük hüququ olmayıb. O, VAZ-2106 ilə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili su kanalına aşırıb. Hadisə nəticəsində özü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişinlər - Nuray Elmar qızı Bayramova, Xəyal Şakir oğlu Hüseynov, Püstə Şəmil qızı Hüseynova, Hüseyn Xəyal oğlu Hüseynov və Aylin Xəyal qızı Hüseynova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı cinayət işi başlanılıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью