Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilərin bəzilərinin FOTOLARI Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

28.11.2024

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilərin bəzilərinin fotoları yayılıb.

AZXEBER.COM Oxu.Az-a istinadən həmin fotoları təqdim edir:

Fotoda baş gizir Ruslan Əhliman oğlu Qurbanov

Fotoda çavuş Bəhlul Aydın oğlu Əliyev

Fotoda çavuş Qələndər Mail oğlu Əhmədov

Qeyd edək ki, dünən axşam saatlarında Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Mercedes" və VAZ markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər həlak olub, bir nəfər xəsarət alıb.

Ölənlərdən beşi hərbçidir. Müdafiə Nazirliyinin yaydığı məluamat görə, qəza nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Ruslan Əhliman oğlu Qurbanov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Qabil Qaybalı oğlu Alıyev, çavuş Bəhlul Aydın oğlu Əliyev, çavuş Qələndər Mail oğlu Əhmədov və kiçik çavuş Turan Cavad oğlu Mehdiyev həlak olublar.

Qəzada ölən digər şəxs "Mercedes" markalı avtomobildə olan E.Həsənovdur. Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarəti alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью