Tovuzdakı dəhşətli qəzada xəsarət alan yeniyetmə də həyatını itirdi

28.11.2024

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən axşam Bakı-Qazax magistral yolunun Tovuzdan keçən hissəsində baş verən qəzada xəsarət alan 13 yaşlı Z.Həsənov vəfat edib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, o bu gün müalicə aldığı Gəncə Şəhər Birləşmiş Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, “Mercedes” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər həyatını itirib. “VAZ”da olan 5 hərbçinin hamısı, digər avtomobildə olan mülki şəxs Elmar Həsənov hadisə yerində dünyasını dəyişib. Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarətləri almışdı.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью