Tovuzdakı dəhşətli qəzada xəsarət alanların son durumu

23.11.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tovuzda vaş verən qəzada 5 nəfər xəsarət alıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
 

Bildirilib ki, Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (1 kişi, 2 qadın, 2 azyaşlı) bu gün saat 13:40 radələrində Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.


"Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu təyin edilən şəxslərə zəruri tibbi xidmət göstərilib. Müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir. Kəllə-beyin travması diaqnozu təyin edilən 2022-ci il təvəllüdlü azyaşlının (kişi cinsli) vəziyyəti isə orta ağır qiymətləndirilir".
Qeyd edilib ki, 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Xatırladaq ki, hadisə Tovuz rayonunun Yanıqpəyə kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106" markalı avtomobil körpüdən aşıb. 
Faktla bağlı araşdırma başladılıb.
Fəridə, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью