Tovuzlu azarkeşlərdən maraqlı etiraz Video

16.02.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının 23-cü turu çərivəsində keçirilən “Turan Tovuz” - “Sabah” oyunu maraqlı hadisə ilə başlayıb.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, yerli azarkeşlər matç başlayarkən hakim idarəçiliyinə etiraz olaraq arxalarını meydana tərəf çeviriblər. Bununla onlar etiraz səslərini futbol ictimaiyyətinə çatdırmağa çalışıblar.

“Ultras Turan” azarkeş qrupunun təşəbbüskarı olduğu etiraza arenaya gələn bütün tovuzlu azarkeşlər də qoşulub.

Eyni zamanda azarkeşlər üzərində “Ədalətli hakimlik istəyirik” yazılmış pankart da açıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью