Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şagirdi az olan məktəblərin bağlanması barədə Ayın əvvəlində Tovuzun dağ kəndlərindən birinə getmişdim.
Kəndi əhalisinin üçdə ikisi tərk etmişdi, çoxu Bakıya, Rusiyaya, bəziləri də aran bölgəsinə üz tutub.
Ətrafdakı kəndlərdə də eyni vəziyyət hökm sürür, hamısı sürətlə boşalır… Səbəbi infrastruktur və sosial problemlərdir.
Məsələn, qaz yoxdur, sakinlər deyir, kənddən qaz xətti keçir, amma sənədləri qaydasında olmadığına görə evlərinə qaz çəkə bilmirlər.
Onlardan mənzil Çıxarışı tələb olunur, bu da heç kimdə yoxdur. Çıxarış almağa da bir ətək pul lazımdır.
Son illər yol infrastruktru xeyli yaxşılaşsa da bəzi dağ kəndlərinə hələ də ancaq yük maşını, “Niva”, UAZ-la gedib-gəlmək olur, qarda, yağışda ümumiyyətlə ətraf-aləmlə əlaqə kəsilir.
Kənddə əvvəlki tək mal-qara saxlayıb, əkin-biçinlə məşğul olub dolanmaq çətindir.