Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tovuz, 11 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda avtomobil piyadanı vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin mərkəzi prospektində, avtovağzal yaxınlığında qeydə alınıb. K. Quliyev idarə etdiyi avtomobillə rayon sakini 64 yaşlı Mətanət Tağıyevanı vurub. Xəsarət alan rayon sakini xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.