Icma.az, Sia Az portalına istinadən məlumat yayır. Azərbaycan toyları hər zaman özəlliyi ilə seçilib.
Amma son illər toylar əsasən “qonşudan geri qalmamaq” prinsipi üzrə keçirilir. Gözəl toy adətlərimiz tədricən itib-batır, unudulur.
Maraqlıdır, unudulan toy adət-ənənələrimiz hansılardır? Keçmiş və müasir toylarımız arasındakı fərqlər nədən ibarətdir?
SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib. Şəhər sakini Yeganə Feyziyeva: "Adətlərimiz unudulur.
İndiki gənclər, yəqin ki, fərqli keçirmək istəyirlər. İndi qohumlara az söz verilir. Məncə, az verilsə yaxşıdır.
Çünki toyun vaxtından gedir. Bu toydur, oynamaq, əylənmək lazımdır. Toyun marağı elə oynamaqdadır.
Son zamanlar toylarda ən çox Azərbaycan Himni ilə bəylə gəlinin zala daxil olmasının şahidi olmuşam".
Şəhər sakini Mahirə Əliyeva: "İki gündən bir, demək olar ki, hər gün toya gedirik. Bizim toylarda dəyişiklik yoxdur.