Toy büdcəsini zəlzələ qurbanı olan ailəyə xərclədi

18.08.2026

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məşhur müğənni Gökhan Özen nümunəvi addımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, bir neçə gün əvvəl ailə quran sənətçi bunu sadə məclislə həyata keçirib.

Bir gündə təmtəraqlı toya xərcləyəcəyi pulu isə xeyriyyə məqsədilə istifadə edib.

Belə ki, o təxminən bir ildir kömək istəyən, Antakyada məskunlaşmış 2 uşaqlı zəlzələzedə ailəyə mənzil alaraq onlara daimi sığınacaq bəxş edib.

Gökhan Özen verdiyi bu mənalı qərarı sözlərlə belə ifadə edib:

"Əgər məqsəd iki insanın həyatını birləşdirməsidirsə, biz bunu hər cür təmtəraqdan uzaq, ən sadə şəkildə etmək istədik. Bu addım bizə ömür boyu vicdan rahatlığı və hüzur verəcək".

Müğənninin bu davranışı sosial şəbəkələrdə və izləyiciləri arasında böyük rəğbətə səbəb olub.

Xatırladaq ki, 46 yaşlı Gökhan Özen 31 yaşlı sevgilisi Naz Canbaz ilə sadə bir nikah mərasimi keçirərək ailə həyatı qurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью