Toy etmək istəyənlərin nəzərinə Yeni qayda gələ bilər | Icma.az
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Son zamanlar erkən nikah halları və azyaşlıların zorakılığa məruz qalması ilə bağlı xəbərlər cəmiyyətin diqqət mərkəzindədir.
Xüsusilə Sabirabadda baş verən dəhşətli hadisə bu problemi yenidən gündəmə gətirib.
Belə ki, 16 yaşlı qızın dini nikahla evləndirildiyi 20 yaşlı şəxs tərəfindən qətlə yetirilməsi və cəsədinin çaya atılması ictimaiyyətdə böyük narahatlıq yaradıb.
Məlumata görə, sözügedən cütlük üçün xüsusi toy mərasimi də təşkil olunub.
Belə şəxslərin necə və hansı əsasla şadlıq saraylarında məclis keçirə bilməsi isə sual doğurub.
Restoranlarda və şadlıq saraylarında evlilik mərasimləri zamanı gəlinlə bəyin yaşı yoxlanılırmı?
Ümumiyyətlə, belə məkanlar bu istiqamətdə hansı qanuni öhdəlik daşıyır?
Tam oxu
Xəbəri oxu