Toy evində kütləvi dava Yeni Gündəm

23.12.2024

Yenigundem portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ucarın Bağman kəndində dekabrın 20-si, gecə saatlarında “ciyər axşamı”nda əlbəyaxa davada iştirak edən tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib”.

Bu barədə “Yeni Gundem”-ə məlumat Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilib.

Qeyd olunub ki, faktla bağlı Ucar Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

“Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Oxu.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью