Toy günü evlənməkdən imtina edən kişi cərimələnəcək

21.10.2026

Medicina saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


İstanbulda Yarğıtay 2-ci Hüquq dairəsi toy günü evlənməkdən imtina edən kişilərlə bağlı qanuna dəyişiklik edəcək.

Medicina.az xəbər verir ki, İstanbulda evlənmə qərarı alan cütlük toy tarixini təyin edib, gəlin xına gecəsi keçirib. Məhz xına mərasimində qızıl taxılması məsələsində tərəflər arasında mübahisə yaşanıb.

Sabahı gün nikah mərasimində bəy “Mən evlənməkdən qorxuram, istəmirəm” deyərək evlilikdən imtina edib.

Məhkəmə bu addımı qadınınm insani hüquqlarının pozulması və dərin sarsıntı yaşadığı üçün kişinin qarşı tərəfə mənəvi təzminat ödəməsi barədə qərar çıxarıb.

Bundan sonra toy günü evlilikdən boyun qaçıran tərəfin cərimə olunacağı qanunla mümkün olacaq.


Aygün Musayeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью